Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bu nazirliyin əməkdaşlarına şad xəbər: Yeni qaydada mükafatlandırılacaqsınız

05.03.2020 13:23

“İşsizlikdən sığorta haqqında” qanunun müddəalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən tətbiq edilən cərimələrdən toplanılan vəsaitin 20 faizi bu nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsində və maddi- texniki bazasının yaxşılaşdırılmasında istifadə olunacaq.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki,  bu, Nazirlər Kabinetinin yeni təsdiqlədiyi və bu il yanvarın 1-dən qüvvəyə minən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda öz əksini tapıb.

Yeni qaydalara əsasən, xüsusi vəsait nazirliyin işçilərinin kollektiv və fərdi qaydada mükafatlandırılmasına, işçilərin həvəsləndirilməsi tədbirlərinə istifadə ediləcək.