Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bu ölkələrdə qadınlar kişiləri pulla alır – Kirayə kişilər…

05.03.2020 13:23

Qadın-kişi sayı bütün ölkələrdə eyni nisbətdə deyil. Qadın faizinin çox və bəzi əxlaq qanunlarının sərt olduğu ölkələrdə gənc qızlar evlənmək problemi yaşayır. Belə olduğu halda qız evi, yaxud qadının özü kişi əldə etmək üçün açıq, yaxud dolayısı yolla kişi əldə etmək üçün mücadilə aparmalı olur. Bəzi ölkələrdə bu prosesə dəstək məqsədilə hökumət də işə başlayıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az qadınlarının müəyyən pul və imtiyaz müqabilində ərə gedən ölkələrin siyahısını təqdim edir

BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri)

Bu ölkədə qadın sayının kişiyə nisbətdə kəskin dərəcədə çox olduğundan ikinci qadınla evlənən kişilərə təxminən 20 min dollar müqabilində yardım edilir. Bu pulu hökumət təyin edib. Bununla yanaşı əksər evliliklərdə qız evi kişi üçün külli miqdarda başlıq pulu ödəyir.

Yaponiya

Yaponiyada isə problem tamam başqadır. Burada əksər kişilər evliliyi, ikili yaşamı düzgün saymırlar. Bu üzdən evlilik faizi ildən-ilə aşağı düşür, yaponiyalı qadınlar kişi ilə yaşamağın müxtəlif yollarını axtarırlar. Hazırda yapon qadınlarının ən çox istifadə etdikləri üsul “kirayə kişilər”dir.

İslandiya

İslandiyada qadınlar yetərincə sayda kişilərin olmadığından evlənmək problemi yaşayır. Dünya gündəminə gözəl qadınları ilə tez-tez düşən bu ölkənin kişilərinin sayı qadınlara nisbətən çox aşağıdır. 2 il öncə problemin həlli naminə hökümət qəribə bir addım atdı. Hansı ki, bu qərardan sonra İslandiyalı qadınlarla evlənən miqrantlar 5 min dollar qazanacaqdı. Bu qərarın ardından ölkəyə kütləvi miqrant axını proqnozlaşdırıldığından hökumət həmin xəbərin yanlış olması barədə məlumat yaydı. Lakin sözügedən qərarın İslandiyada qeyri-rəsmi şəkildə aktiv olması barədə də dəfələrlə yazılıb. Hazırda İslandiyada doğulan əksər uşaqların valideynləri qeyri-rəsmi nikah münasibətindədir.

Sinqapur

Dünyanın ən varlı ölkələrindən sayılan Sinqapurda hər il qadınların sayının daha da artması hökuməti həyəcana salıb. Beləki artıq müvafiq instansiyalar evlənən kişilərə müxtəlif imtiyazlar təyin edir. İmtiyazların daha bir səbəbi isə ölkədə əhali sayının aşağı düşməsidir.

Monqolustan

Bu ölkədə kişilərin sayı qadınlardan kəskin şəkildə azdır. Nəzərə alsaq ki, monqol kişiləri arıq qızları bəyənmirlər, bu ölkədə arıq qadınların evlilik problemi yaşayacağı göz önündədir. Buna görə də ölkənin bir çox vilayətlərində arıq qadınlarla evlənən kişilərə evlilik pulu ödənilir.

Tayland

Taylandda isə problem tamam başqa səbəbdən qaynaqlanır. Ölkədə əksər oğlanlar cinsini dəyişir. Transların sayının artması qızların evlənməyə oğlan tapmaması ilə nəticələnib.

Rusiya

Qonşu Rusiyada da qadınlar evləlik problemi yaşayır. Ölkədə qadın-kişi nisbətinin ən kəskin olduğu ölkə mhz buradır. Burada qadınlar həm də kişilərin alkoqolli içki aludəçisi olmağı səbəbilə ailə sahibi ola bilmir. Ona görə əksər Rusiyalı qadınlar daha çox qafqaz və digər ölkələrdən olan miqrantlara bel bağlayır.

Avstraliya

Avstraliyanın əksər şəhərlərində 5 qadına 1 kişi düşür. Buna görə əksəriyyəti qadınlar olmaqla, cəmiyyətin əksər nümayəndələri bura əcnəbi kişilərin axın etməsinin tərəfdarıdır.  Ən az kişi sayı ilə tarixə düşən bu şəhərlərdə əcnəbilər üçün yetərincə sərfəli turlar hazırlanıb.

Ermənistan

KİŞİlərin sayının kəskin azaldığı ölkələrdən biri də Ermənistandır. Problemin aradan qaldırılması üçün, daha doğrusu qadınların özlərinə rahat kişi tapa bilməsi üçün hökumət qadınları ictimai işlərə cəlb edir, onların cəmiyyət arasında dinamika təşkil etməyinə şərait yaradır. Qeyd edək ki, Ermənistanda 1 kişinin 2 qadınla evlənməsinə normal baxılır.