Bu ölkədə elektrik və qaz kəskin BAHALAŞDI
05.03.2020 13:233 aydan bir tariflərə baxan təşkilat bu il bir ay tez – sentyabrın 1-də yeni qiymətlərin qüvvəyə minməsinə qərar verib
Об этом сообщает Роспрес
Türkiyənin Enerji Bazarlarının Tənzimləmə Təşkilatı yeni elektrik enerjisi tariflərinin müəyyən edilməsi ilə bağlı qərar qəbul edib.
A24.Az “Sözçü”yə istinadla xəbər verir ki, 3 aydan bir tariflərə baxan təşkilat bu il bir ay tez — sentyabrın 1-də yeni qiymətlərin qüvvəyə minməsinə qərar verib.
“Resmi Gazete”də yer alan məlumatda deyilir ki, elektrik enerjisi tarifləri 14,6%-lə 16,2% arasında artırılıb.
Elektrik enerjisinin birdəfəlik tarifi 15%, üçvaxtlı tariflərdə isə gündüz 15%, gecə 16,2%, pik saatlarda isə 14,6% artırılıb.
Türkiyədə təbii qazın qiymətlərində də artım olub. Belə ki, BOTAŞ-ın elan etdiyi yeni qiymətlərdə təbii qazın tarifi əhali üçün 9%, qeyri-əhali (sənaye) üçün isə 14% artırılıb.

