Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bu qızla sevgili olanlar hər il 130 min manat qazanacaq

05.03.2020 13:23

İngiltərədə yaşayan 23 yaşlı Ceyn Park adlı qız lotoreyada külli miqdarda pul qazandıqdan sonra həyatının mənfi yöndə dəyişdiyini bildirib. Qadın qeyd edib ki, o, zəngin olduqdan sonra bütün münasibətdə olduğu kişilər onun pulunu şəxsiyyətindən daha üstün tutur.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, bu uğursuz münasibətlərin ardından gənc qadın diqqətçəkən bir addım atıb. Bildirib ki, saf sevgi ilə sevəcək və onunla ailə quracaq şəxsə hər il 60 min funt sterlinq (131 min manat) verəcək.

Ceynin yaxınlarından biri qeyd edib ki, hazırda qohumu ilə sevgili olmaq istəyən şəxslərin onunla puluna, yaxud şəxsiyyətinə görə evlənmək istədiklərini müəyyənləşdirmək üçün gənc qız belə bir addım atıb.

Hələ 17 yaşı olarkən lotoreyadan bir milyon funt sterlinq qazanan Ceyn Park məşhur ulduz Sam Callahan ilə sevgi münasibətləri yaşayıb. Münasibət Samın ona xəyanət etməsindən sonra bitib.

Sədaqətin puldan daha vacib olduğunu qeyd edən Ceyn bir internet səhifəsi vasitəsilə ilə onunla münasibət qurmaq istəyən şəxslərlə görüşəcək və kiminlə evlənəcəyinə bundan sonra qərar verəcək.