Bu rektor müəllimlərə pul payladı
05.03.2020 13:23Sumqayıt Dövlət Universitetinin müəllim heyətinə pul mükafatları paylanılıb.
Об этом сообщает Футляр от виолончели
Bu barədə A24.az-a SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli deyib. O bildirib ki, xeyriyyə kampaniyası universitetin rektoru Elxan Hüseynovun şəxsi vəsaiti hesabına həyata keçirilib.
“SDU-nun rektoru 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə kollektivi pul mükafatı ilə sevindirdi. Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kollektivi təbrik etdi, onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni-yeni nailiyyətlər arzuladı” – deyə, N.Cəlilli deyib.
Qeyd edək ki, SDU-nun rektoru professor Elxan Hüseynovun imzaladığı əmrə əsasən, işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə hər il Yeni il öncəsi, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur.

