Bu telefonun qiyməti 14 min dollardır
05.03.2020 13:23Bahalı mobil telefonların istehsalı və satışı ilə məşğul olan İngiltərənin məşhur “Vertu” şirkəti yeni smartfonunun təqdimat mərasimini keçirib.
Об этом сообщает Футляр от виолончели
A24.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni dizayna sahib olan və qiymətli materiallarla hazırlanan smartfonun adı “Vertu Aster P”dir. Belə ki, yüksək texnoloji prosessorla təchiz edilən “Vertu Aster P” 6 GB RAM və 128 GB daxili yaddaşa malikdir.
Qeyd edək ki, smartfon titan çərçivə və dəri üzlük daxil olmaqla, qiymətli materiallarla hazırlanıb. Onun satış qiyməti isə 5-14 min dollar arasında dəyişir.

