Bu universitetlərimizdə yeyinti və korrupsiya halları davam edir – SİYAHI
05.03.2020 13:23Universitetlərimizdə yeyinti və korrupsiya halları davam edir.
Об этом сообщает Футляр от виолончели
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi universitetlərlə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 9396 xəbər yerləşdirilib. Bunlardan 92 xəbər mənfi, 49 xəbər müsbət, 9255 xəbər isə neytraldır. Mənfi xəbərlər Bakı Qızlar Universiteti (82 xəbər – universitetdə rektor-tələbə qalmaqalı), Texnologiya Universiteti (6 xəbər – rektor haqqında şok iddialar) və Dövlət İqtisad Universitetinə (4 xəbər – universitet niyə gündəmdən düşmür?) məxsusdur. Müsbət xəbərlər arasında lider isə Sumqayıt Dövlət Universitetidir (26 xəbər – Rektora Şöhrət ordeni verildi).
Xəbər sayına görə sıralama:
| 1 | Bakı Dövlət Universiteti | 1166 xəbər |
| 2 | Dövlət İqtisad Universiteti | 563 xəbər |
| 3 | Azərbaycan Dillər Universiteti | 515 xəbər |
| 4 | Dövlət Neft və Sənaye Universiteti | 480 xəbər |
| 5 | Azərbaycan Tibb Universiteti | 435 xəbər |
| 6 | Bakı Ali Neft Məktəbi | 387 xəbər |
| 7 | Mədəniyyət və İncəsənət Universiteti | 380 xəbər |
| 8 | Dövlət Pedaqoji Universiteti | 365 xəbər |
| 9 | Bakı Musiqi Akademiyası | 357 xəbər |
| 10 | ADA Universiteti | 349 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2599 xəbər dərc edilib. Bunlardan 1 xəbər mənfi, 8 xəbər müsbət, 2590 xəbər isə neytraldır. Mənfi xəbər Bakı Qızlar Universitetinə (1 xəbər – universitetdə rektor-tələbə qalmaqalı) məxsusdur. Müsbət xəbərlər isə Sumqayıt Dövlət Universiteti (7 xəbər – Rektora Şöhrət ordeni verildi) və Dövlət Pedaqoji Universitetinə (1 xəbər – universitet rəhbərliyi fəxri adlara layiq görüldü) aiddir.
Xəbər sayına görə sıralama:
| 1 | Bakı Dövlət Universiteti | 402 xəbər |
| 2 | Dövlət İqtisad Universiteti | 191 xəbər |
| 3 | Mədəniyyət və İncəsənət Universiteti | 169 xəbər |
| 4 | Bakı Slavyan Universiteti | 124 xəbər |
| 5 | Azərbaycan Dillər Universiteti | 122 xəbər |
| 6 | Dövlət Pedaqoji Universiteti | 115 xəbər |
| 7 | Bakı Ali Neft Məktəbi | 106 xəbər |
| 8 | Azərbaycan Tibb Universiteti | 104 xəbər |
| 9 | Bakı Musiqi Akademiyası | 99 xəbər |
| 10 | ADA Universiteti | 96 xəbər |
Dekabr ayında televiziya kanallarında universitetlər haqqında 604 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
| 1 | Bakı Dövlət Universiteti | 58 xəbər |
| 2 | Bakı Musiqi Akademiyası | 55 xəbər |
| 3 | Dövlət İdarəçilik Akademiyası | 44 xəbər |
| 4 | Dövlət Aqrar Universiteti | 39 xəbər |
| 5 | ADA Universiteti | 34 xəbər |
| 6 | Azərbaycan Milli Konservatoriyası | 32 xəbər |
| 7 | Azərbaycan Texniki Universiteti | 31 xəbər |
| 8 | Mədəniyyət və İncəsənət Universiteti | 29 xəbər |
| 9 | Dövlət İqtisad Universiteti | 29 xəbər |
| 10 | Dövlət Pedaqoji Universiteti | 26 xəbər |

