Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bütün siyasi partiyalar parlament seçkilərində iştirak edə biləcəkmi? – AÇIQLAMA

05.03.2020 13:24

Mərkəzi Seçki Komissiyası illik maliyyə hesabatını təqdim etməyən siyasi partiyaların bu il qarşıdan gələn parlament seçkilərində iştirak edib-etməyəcələri ilə bağlı məsələyə aydınlıq gətirib.

Об этом сообщает Роспрес

Bu barədə “a24.az”a açıqlama verən Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Natiq Məmmədov bildirib ki, prinsipcə maliyyə hesabatı təqdim etməyən siyasi partiyaların seçkidən iştirakına qadağa yoxdur: “Maliyyə hesabatını təqdim etməyən siyasi partiyalar da qarşıdan gələn parlament seçkilərində iştirak edə bilər. Siyasi partiyaların sözün düzü,  MSK-ya hesabat təqdim eləməməyə görə, seçkilərdə iştirak etmək hüququndan məhrum etmə yoxdur. Amma bunun başqa hüquqi nəticələri ola bilər. Bir sözlə maliyyə hesabatını təqdim etməyən siyasi partiyalar da başqa hüquqi məhsuliyyət daşımaqla bərabər, seçkilərdə iştirak etmək hüquqları da başqadır. Məsələyə belə yanaşılmalıdır”.

N.Məmmədov xatırladıb ki, bir müddət əvvəl  illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Mərkəzi Seçki Komissiyası Ədliyyə Nazirliyinə müraciət  edilmişdi: “Yaxın günlərdə sözü gedən siyasi partiyalarla bağlı MSK-nın növbbəti iclası keçiriləcək. İclasda bu və ya digər məsələlərlə bağlı ictimayyəti maraqlandıran sullara cavab veriləcək. Bütün bu və ya digər məsələlərə aydınlıq gətiriləcək”.

Qeyd edək ki,  2014-cü il oktyabrın 1-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Əvvəllər siyasi partiyalar illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim ediblər. Dəyişikliyə əsasən siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir.

Amid