Cəlilabadda 19 yaşlı oğlan itkin düşdü
05.03.2020 13:24Cəlilabadda 19 yaşlı oğlan itkin düşüb.
Об этом сообщает Футляр от виолончели
A24.az-ın əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü Nəzərli Valeh Tahir oğlu noyabrın 10-da evdən çıxıb və bir daha geri qayıtmayıb.
Yaxınlarının sözlərinə görə, V.Nəzərli ailəsi ilə dalaşaraq Dədə Qorqud küçəsi, ev 62 ünvanından çıxıb və ondan bir daha xəbər alınmayıb. Artıq 9 gündür ki, onunla əlaqə saxlamaq mümkün deyil.
“Sevdiyi qız var idi, valideynlərindən tələb edirdi ki, evləndirsinlər. Valideynləri buna razı olmayıb, o da ailəsindən inciyərək evi tərk edib”, -deyə yaxınları bildirib.
Onu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: 055 813 87 00

