Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Cəlilabadda falçılar ördək oğurlayarkən tutuldu

05.03.2020 13:24

Cəlilabadda polis əməkdaşları tərəfindən fala baxmaq adı ilə həyətlərə daxil olaraq oradan ev quşlarını oğurlayan şəxslər saxlanılıb.

Об этом сообщает Руспрес

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan A24.Az-a verilən məlumata görə, dekabrın 15-də gecə saatlarında Cəlilabad şəhəri M. Hüseyn küçəsində əllərində 6 ədəd ördəklə hərəkət edən 2 nəfərin şübhəli davranışları xidmətdə olan post-patrul xidməti əməkdaşlarının diqqətini cəlb edib. Həmin şəxslər ev quşlarının onlara fala baxmaları müqabilində nəzir kimi verildiyini desələr də RPŞ-yə dəvət edildikdən sonra burada artıq oğurluq etdiklərini etiraf ediblər.

Səhər saatlarında sözügedən ərazidə yaşayan B.Mikayılov adlı şəxs həyətindən 6 ədəd ördəyin oğurlanması ilə bağlı polisə müraciət edəndə artıq şöbəyə gətirilən Yevlax rayon sakinləri Sadiq Bukavadze və Rəfail Bəkirov törətdikləri əməli etiraf etmişdilər.

Hazırda onların digər bu cür əməllərinin müəyyən ediliməsi istiqamətində araşdırma aparılır.