Cəlilabadda son tunc dövrünə aid əşya tapıldı
05.03.2020 13:24Cəlilabad rayonunda eramızdan əvvəl II minilliyə aid olan qədim mədəniyyət nümunəsi aşkar edilib.
Об этом сообщает Роспрес
Tarixçi Elşad Əmənovun A24.az-a verdiyi məlumata görə, mədəniyyət nümunəsi rayonun Şatırlı kəndi ərazisində tapılıb.
O, təqribi hesablamalara əsasən bildirib ki, sözügedən əşya son tunc dövrünə aiddir: “Məişət əşyasının diametri və hündürlüyü 13 santimetrdir. Saxsı qabın üzərində hələlik adı müəyyən olunmayan naxışlar həkk olunub. Sözügedən əşya həmin dövrdə dulusçuluq sənətinin inkişaf etdiyindən xəbər verir”.
Qeyd edək ki, tarixi mədəniyyət nümunəsi rayonun Tarix-diyarşünaslıq muzeyinə təqdim ediləcək.

