Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Canlı yayımda əsəblər tab gətirmədi – Rza Rzayev Bəxtiyar Hacıyevi təhqir etdi – VİDEO

05.03.2020 13:24

Bu gün “Yeni Musavat” qəzetinin Facebook səhifəsindəki canlı yayımının qonaqları ictimai fəal Bəxtiyar Hacıyev və əməkdar jurnalist Azər Həsrət olub.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, canlı yayımın müzakirə mövzusu son günlər mətbuatın gündəmin zəbt edən  – məşhur aktyor Rza Rzayevin  175 nömrəli məktəb-liseyin direktoru Tural Mirzəliyevi döyməsi olub. Bəxtiyar Hacıyev bu əməlinə görə aktyoru sərt şəkildə tənqid edib. Canlı yayıma zəng edən R. Rzayev isə əsəblərinə hakim ola bilməyib. O, Bəxtiyar Hacıyevin ünvanına qeyri-etik ifadələr səsləndirib:

“Ola bilər ki, Bəxtiyar bacısının adı çəkiləndə o verir peysərə.”

Bəxtiyar Hacıyev isə cavabında, “siz təhqir edirsiniz, ola bilər ki, siz özünüz verirsiniz peysərə” deyib.

Qeyd edək ki, sözü gedən hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib. Məhkəmə iclasından sonra tərəflər arasında mübahisə düşüb. R. Rzayev direktoru döyərək ona ağır bədən xəsarətləri yetirib.

O, T. Mirzəliyevin 3 saylı Sabunçu xəstəxanasına yerləşdirililib.

Xatırladaq ki, bir neçə ay əvvəl bacısının çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə etmişdi.

Hadisə 175 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni “həll eləməyə” çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. Aktyor məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.

Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi. Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.