Canlı yayımda ŞOK OLAY! Millət vəkilini yumruqlayıb döydü – VİDEO
05.03.2020 13:24Ukraynada canlı yayımlanan bir televiziya proqramına qatılan bir millət vəkili, mübahisə etdiyi digər millət vəkilinə hücum edib, döyüb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynada iqtidar təmsilçisi Petro Poroşenko və Oleq Barna ilə radikal milliyətçi olan “Azadlıq” partiyasının millət vəkili Yuriy Levçenko arasında mübahisə yaranıb.
Ukraynanın 10 rayonunda hərbi vəziyyət elan edilməsi ilə bağlı düşən mübahisə zamanı müxalif deputat Levçenkonun iqtidarın üzvü Oleq Barnanı ölkəsindəki zənginlərin, iş adamlarının qulluqçusu olmaqda ittiham etməsi, ikincinin hücum etməsi ilə nəticələnib. Barna canlı yayım zamanı Levçenkonun yanına gələrək onu yumruqlayıb.
Telekanaldan edilən açıqlamada bu davanın həmin telekanalın yarandığı 20 ildən bəri baş verən ilk dava olduğu qeyd edilib. Deputatların əlbəyaxası zamanı telekanala maddi ziyan dəyib.

