Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Çavuşoğlu gərgin görüşdən sonra açıqlama verdi

05.03.2020 13:24

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sinqapurda amerikalı həmkarı Mayk Pompeo ilə görüşdən sonra açıqlama verib.

Об этом сообщает Роспрес

Saytımız DHA-ya istinadən xəbər verir ki, Çavuşoğlu açıqlamasında bunları deyib:

“Bir az əvvəl həmkarım Mayk Pompeo ilə görüşdük. Ölkələr arasında problemlər, fikir ayrılığı ola bilər. Lakin biz Türkiyə olaraq bu problemləri hər zaman diplomatik yolla həll etməyə səy göstərdik. Hər zaman sanksiyalarla heç bir nəticə əldə edə bilməyəcəklərini dedik, bu gün də burda bunu təkrar etdik. Mövcud olan problemləri necə həll edə biləcəyimizi dəyərləndirdik. Bu mənada çox konstruktiv bir görüş olduğunu söyləyə bilərəm. Problemlərin hamısı birdən həll edilə bilməz. Lakin birlikdə fəaliyyət göstərmək üzərində razılaşdıq. Ölkələrimizə qayıtdığımız zaman da birlikdə işləməyə davam edəcəyik. Münbiçdəki yol xəritəsi, İdlib məsələsi də daxil olmaqla digər sahələrdə necə addım ata biləcəyimizi müzakirə etdik”.