Çavuşoğludan ABŞ-a: “S-400” bizim üçün seçim deyil, zərurətdir
05.03.2020 13:24Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ ilə sanksiyaya həddinə çatan böhranla bağlı açıqlamalar verib.
Об этом сообщает Роспрес
“A24.Az” xarici mediaya istinadən xəbər verir ki, nazir “F-35″in istehsal prosesinə Türkiyənin də qatıldığını bildirib.
“Kovboy filmlərində olduğu kimi “Mən istədiyimi edərəm” desələr qarşılığı olur” deyən Çavuşoğlu, “S-400″lər bizim üçün bir seçim deyil, məhz zərurətdir” ifadəsini səsləndirib.
Mövlud Çavuşoğlu Litvada təhsil naziri Linas Linkevicius ilə də görüşüb. Görüşdən sonra gündəmə dair açıqlamalar verən Çavuşoğlu ABŞ ilə yaşanan böhrana da toxunub. Çavuşoğlu iki ölkə arasında dialoqun olmasının vacibliyindən söz açıb.
“Xarici işlər naziri kimi mən də diplomatiya tərəfdarıyam. Problemləri həll etmək üçün çox səy sərf etdik. Buna görə də, konqres üzvlərinin də Türkiyəyə gəlməsi önəmlidir. Çünki Amerikada müxtəlif qruplar var, yəni tam şəkildə ifadə etsək bir qarışıqlıq var. Türkiyənin əhəmiyyətini bilən konqres üzvləri var. Təbii FETO-ya görə zəhərlənən, FETO-nun zəhərlədiyi qruplar da var. FETO, Litvada da xüsusilə cəmiyyəti parçalamağa çalışır”, – deyə Çavuşoğlu bildirib.
Türkiyəli nazir əlavə edib ki, artıq münasibətləri inkişaf etdirmək üçün təhdid dilini bir kənara qoymaq lazımdır: “Normallaşdırmaq üçün qəbul edilməyəcək şərtlərin ortaya qoyulmaması lazımdır. Mən bu hava müdafiə sistemini başda ABŞ olmaq üzrə müttəfiqlərdən almaq istədim. Amma bu ölkələr satmadı və ya satmaq istəmədi. Mənim də ehtiyacım var. Müştərək istehsala da keçəcəyik, amma bu an mənim təcili ehtiyacımızı qarşılayacaq bir sistemə ehtiyac var”, – deyə Çavuşoğlu əlavə edib.
Orxan Aslanlı / A24.az

