Çin ABŞ-la müzakirələrdən imtina edir
05.03.2020 13:25“Çin rəhbərliyi Amerikanın iki tərəfli ticarət görüş dəvətini qəbul etməyəcək”.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, ABŞ rəhbərliyi bir tərəfdən kommersiya müharibəsi haqqında müzakirə etmək üçün Çin rəhbərliyinə dəvət göndərərkən, o biri tərəfdən Çin məhsullarına yeni tarifləri tətbiq olunur. Bu hal Çin rəhbərliyinin Amerikanın müzakirə çağırışına rədd cavabı verməsinə səbəb olduğu görünür.
Xatırladaq ki, Vaşinqton rəhbərliyi ən son bazar ertəsi günündən etibarən Çinin 200 milyard dollar dəyərində məhsullarına yeni tarif tətbiq edəcəyini açıqlamışdı.
Orxan Aslanlı / A24.az

