Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Çin yenə adını İLK siyahıya yazdırdı: Dünyanın ən iri təyyarə-amfibiyası

05.03.2020 13:25

Çin konstruktorları dünyada ən böyük və nadir “AG600 Tsilun” təyyarə-amfibiya hazırlayıb. Onun texniki xüsusiyyətləri ən əlçatmaz yerlərdə öz vəzifəsini yerinə yetirməyə imkan verəcək.

Об этом сообщает Футляр от виолончели

A24.Az xarici KİV-lərə istinadla xəbər verir ki, təyyarə bütün lazımi texniki sınaqdan keçirilib və seriya buraxılışına hazırdır.

Konstuktorlar bildirir ki, təyyarə-amfibiyanı dünyanın istənilən nöqtəsində su səthinin monitorinqi və yük daşımalarının həyata keçirilməsi üçün istifadə etmək olar. “AG600 Tsilun”in uçuş kütləsi 53,5 ton, maksimal uçuş sürəti saatda 500 kilometrə qədərdir. Əlavə doldurma olmadan maşın havada 12 saata qədər qala bilər. Təyyarənin qanadlarının eni 38,8 metr, uzunluğu isə 37 metrdir.

Layihənin baş konstruktoru Huan Linçay deyib ki, 2021-ci ilə təyyarə-amfibiya uçuşa yararlılıq sertifikatı alacaq və bu da təyyarədən mülki aviasiyada istifadə etmək imkanı yaradacaq.