Çində 400 min insan təxliyə edildi – Səbəbi?
05.03.2020 13:25Çin hakimiyyəti güclü külək və leysan yağışla müşayiət olunan “Ampil” tayfunu ilə əlaqadar Şanxayda, Çjetsyan və Tzyansu əyalətlərində 387 mindən çox insan təxliyə edib.
Об этом сообщает Роспрес
Saytımızın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Tayfunun mərkəzində küləyin sürəti saatda 100 kilometrə çatır. “Ampil” tayfunu yerli vaxtla saat 12:30 radələrində Şanxay yaxınlığındakı Çunmin adası sahillərinə çatıb. Tayfun şimal-qərb istiqamətində materikin dərinliklərinə doğru hərəkət edir və günorta saatlarında Şandun əyalətinə çatacaq.

