Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Con Makkeynin vəsiyyətindən Obama və Buş çıxdı

05.03.2020 13:25

Ötən gün vəfat edən ABŞ-ın Arizona ştatının senatoru Con Makkeynin cənazə vəsiyyəti açıqlanıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Con Makkeyni vəsiyyətində Barak Obama ilə Corc Buşun cənazəsində nitq söyləməsini istəyib.

Qeyd edək ki, beyin xərçəngindən dünyasını dəyişən 81 yaşlı senator ABŞ-ın hazırkı prezidenti Donald Trampı özünün dəfn mərasimində görmək istəmədiyini açıqlamışdı.

ABŞ prezidentinin köməkçisi Mayk Pensin də iştirak edəcəyi cənazədə Obama və Buşun çıxış edəcəyi planlaşdırılır.

Sağ ikən Trampı sərt sözlərlə tənqid edən Makkeyni ilə ABŞ prezidenti Donald Trampın münasibətlərinin heç də yaxşı olmadığı bildirilirdi. Tramp isə senatorun vəfatı ilə bağlı şəxsi “Twitter” səhifəsindən Makkeyninin ailəsinə başsağlığı verməklə kifayətlənib.