Coşqun Rəhimov: “Öldü deyə-deyə axırda öldürəcəklər məni”
05.03.2020 13:25“Bu şəhərdə” komandasının sevilən aktyoru, əməkdar artist Coşqun Rəhimov haqda xoşagəlməz xəbərlər yayılıb.
A24.Az-ın məlumatına görə, sosial şəbəkədə Coşqununu dünyasını dəyişdiyinə dair şayiələr gündəmə çevrilib.
Об этом сообщает Футляр от виолончели
Məsələ ilə bağlı Open.az-a danışan Rəhimov yayılan bu söz-söhbətin əsassız olduğunu vurğulayaraq, belə mövzulara artıq fikir vermədiyini dilə gətirib.
“Yenə başladılar? Belə xəbərlər yaymaqda, insanların məqsədi nədir anlamıram. Öldü deyə-deyə axırda məni öldürəcəklər. Allah uzaq eləsin. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir”.

