Cüdo üzrə DÇ: Hidayət Heydərov yarımfinalda
05.03.2020 13:25Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü yarış gününə start verilib.
Об этом сообщает Футляр от виолончели
A24.Az 0xu.az-a istinadən xəbər verir ki, bu gün üç idmançımız mübarizəyə qoşulub.
57 kq çəki dərəcəsində yarışan qadın idmançımız İçinxorlu Munxtsedev 1/32 finala təsadüf edən ilk görüşündəcə mübarizəni dayandırıb. Monqol legionerimiz almaniyalı Ameli Ştola ipponla uduzub.
Dünya reytinqində IV sırada yer alan Hidayət isə ilk turda iraqlı Saccad Seheni, daha sonra Monteneqronu təmsil edən fransalı Sedrik Bessini ipponla məğlub edib. O, 1/8 finalda tacikistanlı Bəhruzi Xocazadəni qızıl xal hesabında məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Hidayət 1/4 finalda digər Monqolustan təmsilçisi Odbayar Qanbaatarı vazari balı hesabına yenərək yarımfinala adlayıb.

