Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Cüdoçularımız İtaliyada 6 medal qazandı

05.03.2020 13:25

İtaliyanın Liqnano şəhərində gənclər arasında Avropa kuboku yarışı keçirilib.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki,  beynəlxalq turnirdə cüdoçularımız 6 medal qazanıblar.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Rəşxan Baxışəliyev (55 kq) və Yaşar Nəcəfov (60 kq) gümüş medala sahib olublar. Rövşən Əliyev (55 kq), Əhməd Yusifov (60 kq) və Adil Kərimli (100 kq) isə bürünc medal qananıb.

Qeyd edək ki, 36 ölkədən 604 gənc cüdoçunun (397 oğlan, 217 qız) mübarizə apardığı Avropa kuboku turnirundə Azərbaycan millisi 27 cüdoçu (20 oğlan, 7 qız) ilə təmsil olunub.