Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dəhşətli qəzada 27 yaşlı yol polisi öldü – TOYU OLACAQDI

05.03.2020 13:25

Türkiyədə polis yol qəzası nəticəsində dünyasını dəyişib.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, hadisə İstanbul-Ədirnə magistral yolunda baş verib. Belə ki, “TIR” markalı yük avtomobili əvvəlcə yol polisinin avtomobilinə, daha sonra isə yol kənarında xidməti vəzifəsini icra edən polis əməkdaşına çırpılıb.

Zərbənin təsirindən yolun kənarında xidmət aparan 27 yaşlı yol polisi Sərvər Arslan hadisə yerindəcə dünyasını dəyişib.

S.Arslan xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

O, doğulduğu Samsun şəhərində dəfn olunub.

Məlumata görə, mərhum yol polisi S.Arslan nişanlı olub. Onun 3 aydan sonra toy mərasiminin olacağı gözlənilirdi.