Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dəmir yolu stansiyasında oğurluq edən şəxslər saxlanıldı

05.03.2020 13:26

Hacıqabul rayonunda dəmir yolu stansiyasından oğurluğa cəhd edən şəxslər saxlanılıb.

Об этом сообщает Футляр от виолончели

Bu barədə A24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, polis əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

Belə ki, oktyabrın 31-də Hacıqabul dəmir yolu stansiyası ərazisindən 9 ədəd rels altlığı, 12 ədəd bərkidici, 298 ədəd bərkidici detal, 8 ədəd bağlayıcı detal və 1 ədəd birləşdiricini oğurlamağa cəhd göstərən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Şirvan şəhər sakinləri Orxan Eminov və Qədim Sahibov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.