Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Daha bir KƏNDƏ qaz verdilər

05.03.2020 13:26

Beyləqan rayonunun Əmirzeyidli kəndinə təbii qaz verilib.

Об этом сообщает Футляр от виолончели

“Azəriqaz” İstehsalat Birliyindən A24.Az-a verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və Birliyin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 183 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 908 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.