Daha bir ölkə Fələstinin müstəqilliyini tanıdı
05.03.2020 13:26Kolumbiya Fələstinin müstəqilliyini tanıyıb.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstinin xarici işlər nazir köməkçisi Teysir Ceradat bildirib. Ceradat, sabiq Kolumbiya prezidenti Xuan Manuel Santosun vəzifə müddəti tamamlanmaşından əvvəl Fələstin Xarici İşlər Naziri Riyad əl-Malikiyə verdiyi məktubda Fələstin dövlətini tanıma qərarını açıqladığını söyləyib. Ceradat, Malikinin Santosla bir araya gəldiyini və tanıma qərarının özünə şəxsən təqdim etdiyini bildirib. Kolumbiyanın aldığı qərarı tərifləyən Ceradat, bunun Fələstin diplomatiyasının nəticəsi olduğunu vurğulayıb. Teysir Ceradat, Malikinin avqust ayının ortalarında Paraqvaya gerçəkləşdirəcəyi səfərdə də bu ölkənin Fələstini tanımasını istədiklərini qeyd edib. Fələstin Xarici İşlər Nazirliyinin məlumatına görə, 139 dövlət Fələstinin müstəqilliyini rəsmi şəkildə tanıyır.
Orxan Aslanlı // A24.Az

