Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Daha bir ölkədən Türkiyəyə dəstək: “Ticarətdə türk lirəsini keçmək istəyirik”

05.03.2020 13:26

“Biz, Türk lirəsi və Belarus rubluna keçmək istəyirik”.

Об этом сообщает Руспрес

A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Belarusun Ankaradakı səfiri Andrey Savinyk deyib. Ankara Ticarət Palatası (ATO) ilə Belarus səfirliyinin tərəfdaşlığı keçirilən Belarus ilə Sərmayə və Ticarət İmkanları Forumunun açılışında danışan Səfir Savinykh, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün iclas keçirdiklərini bildirib. Türkiyə ilə Belarusun fəal iqtisadi əlaqəyə malik olduğunu deyən Savinykh, “Türkiyə və Belarus bundan sonra iki ölkə arasında keçiriləcək ticarətdə öz valyutalarına keçmək istəyir.

Bu dəyişiklik, ticari əlaqələrə müsbət olaraq əks olunacaqdır. Biz, Türk lirəsi və Belarus rubluna keçmək istəyirik”, – deyə səfir qeyd edib.

Savinykh, Belaruslu rəsmilərdən verilən statistikalara görə, 2018-ci ilin ilk rübündə iki ölkə arasında ticarət dövriyyəsinin 530 milyon dollara çatdığını, il sonunda bu rəqəmin bir milyard dollara çatmasını gözlədiklərini bildirib. İki ölkə arasında inkişaf etmiş bir biznes model yaratmaq üçün gömrük problemləri, nəqliyyat xərcləri və vergi problemlərinin ortadan qaldırılması lazım olduğunu bildirən Savinykh, daha sürətli və ucuz nəqliyyat sisteminin iki ölkənin əsas ehtiyacı olduğunu xatırladıb.

Səfir Savinykh, Türk və Belarus hökumətindən rəsmilərin yanvar ayında iqtisadi əlaqələri inkişaf etdirmək məqsədilə yenidən bir araya gələcəyini, görüşün əsas mövzusunun ticarət həcminin ən yüksək səviyyəyə çıxarılması olacağını, bunun üçün lazımi təkliflərin təqdim olunacağını vurğulayıb. İki ölkə arasında yeni model bir iqtisadi əlaqə üzərində çalışıldığını dilə gətirən Savinykh, iki ölkə arasında ticarəti əngəlləyən və ləng işləyən bütün faktorların qaldırılmasının planlaşdırdığını da vurğulayıb. ATO İdarə Heyətinin sədri Gürsel Baran isə Belarus ilə iqtisadi münasibətləri daha yüksək səviyyəyə qaldırmaq istədiklərinin vurğulayaraq, “Qarşılıqlı ticarətimizi öz milli pulumuzla edə bilərik” – deyə bildirib.

Orxan Aslanlı