Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Daha bir təhsil müəssisəsində qəribə qadağa – Rektor: “Əcəb olub”

05.03.2020 13:26

Azərbaycan Milli Konservatoriyasında qəribə qadağa qüvvəyə minib.

Об этом сообщает Роспрес

A24.az-ın əldə etdiyi məlumata görə, Konservatoriyada təhsil alan tələbələrə liftdən istifadə qadağan edilib. Buna görə də tələbələrin etiraz etdikləri bildirilir.

Sözügedən məsələ ilə bağlı Konservatoriyanın rektoru Siyavuş Kərimi ilə əlaqə saxladıq.

“Bu, nə mövzudur? Gedin, “narmalnı” şeylərdən yazın. Mədəniyyətdən yazın. Maşın sürürlər, ona görə qadağan olunub, əcəb olub,. Düz-əməlli söhbətlər edin, bu, mövzu deyil, axı”, – deyə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bildirib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Odlar Yurdu Universitetində tələbələrə dikdaban ayaqqabı geyinmək, Sumqayıt Dövlət Universitetində isə tələbələrə saqqal saxlamaq qadağan olunmuşdu.