Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Danışsam, Zaurun, Xoşqədəmin dilində qalacam” – Keçmiş icra başçısı

05.03.2020 13:26

Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalov təqaüdə çıxıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, bu barədə Mia.az-a açıqlama verən Tofiq Zeynalov hazırda istirahət etdiyini deyib:

“Qoca kişiyəm, hazırda təqaüddəyəm. Allah prezidentimizə can sağlığı versin. İşdən çıxardı, pensiyaya çıxdım. Öz torpağım var. Orada işlərim var onu görürəm. Üzümçülüklə məşğulam, böyük alma bağım var.

Boş vaxtlarımda xarici televiziyaları izləyirəm. Rusiya kanalllarını, “Euronews”u izləyirəm. Dünyada baş verən proseslərlə maraqlanıram.

Öz televiziyalarımızda nəzərdə tutduğum verilişlərə baxıram. Bizim kanallarda şoular çoxdur. Bu haqda danışmaq istəmirəm. Bilirəm ki, danışsam, Zaurun, Xoşqədəmin dilində qalacam”.