Daşkəsəndə 35 günlük körpəsini öldürən ata məhkəməyə müraciət etdi
05.03.2020 13:26Daşkəsən rayonunda arvadını və 35 günlük körpəsinin xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən 1979-ci il təvəllüdlü Raqif Ələkbərov Ali Məhkəməyə müraciət edib.
R.Ələkbərov cəzasının yüngülləşdirilməsini istəyir.
Об этом сообщает Роспрес
Şikayətə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.
İttihama görə, hadisə 2017-ci il iyunun 20-də axşam saatlarında Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib. R.Ələkbərov həyat yoldaşı Kamilə Məmmədovanı və yenicə doğulmuş körpəsini xüsusi amansızlıqla qətlə yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi R.Ələkbərovun apellyasiya şikayətini təmin etməyib. (Oxu.az)

