Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

DÇ-2018-in bürünc mükafatçısı bu ölkə oldu

05.03.2020 13:26

Rusiyada keçirilən dünya çempionatında daha bir oyun keçirilib.

Об этом сообщает Футляр от виолончели

Saytımızın “Apasport.az”a istinadən verdiyi məlumatına görə, 3-cü yer uğrunda qarşılaşma baş tutub.

Sankt-Peterburqda keçirilən görüşdə Belçika ilə İngiltərə üz-üzə gəlib. Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb. Roberto Martinesin yetirmələri hər hissədə bir top vuraraq 3-cü yerin sahibi olub.

Beləliklə, heyəti ulduzlardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapıb. Gənc oyunçulardan qurulan ingilislər isə Xorvatiyanın ardından Belçikaya da uduzub və Qaret Sautqeytin komandası çempionatı medalsız başa vurub.

Dünya çempionatı

3-cü yer uğrunda oyun

14 iyul

Belçika – İngiltərə – 2:0

Qollar: Tomas Menye, 4, Eden Azar, 82

Sarı vərəqələr: Con Stounz, 52, Harri Maquayr, 78, Aksel Vitsel, 90

Baş hakim: Alireza Faqani (İran)

Sankt-Peterburq. Şəhər stadionu