Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Deputatdan Həcc ziyarəti ilə bağlı yeni təkliflər

05.03.2020 13:26

“Bir ziyarətdə bu qədər insanın həlak olması İslamın bu mühüm ibadət şərtinə modern münasibət barədə düşünməyə əsas verir. Çünki rahatlıqla durub deməklə iş bitmir ki, hər kəs istəyir ki, Həcc ziyarəti zamanı dünyasını dəyişib şəhid sayılsın. Xeyr, böyük əksəriyyət istəyir ki, ibadətini tamamlayıb evinə qayıtsın”.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa “facebook”da qeyd edib.

Onun fikrincə, Səudiyyə Ərəbistanı idarəçilərini də qınamaq çətindir, çünki ziyarət edənlərin sayı günbəgün artmaqdadır: “Bu qədər insan kütləsini tənzimləmək ildən-ilə çətinləşir. Sadəcə bu sayın normada olması üçün yollar düşünülməlidir. Məncə İslam alimləri bir yerə yığılıb müsəlmanlara tövsiyə edə bilərlər ki, bir dəfə Həcc ziyarəti etmək yetərlidir. Və Səudiyyə Ərəbistanı da ikinci dəfə ziyarət edənlərə viza verməməklə heç olmazsa bu sayı azalda bilər”.

Onun fikrincə, Ümrə ziyarətinə imkan daha da genişləndirilir ki, Həcc zamanı bir az qələbəlik azalsın: “Ümumi ritullar zamanı ayrıca ölkə və ya bir neçə ölkəni birləşdirən qruplar üçün ibadət növbəliliyi yaratmaq olar. Ölkələr üçün kvotaları azaltmaq lazımdır, çünki tibbi baxımdan da təhlükəli virusların yayılması riski var”.
F.Mustafa qeyd edir ki, kiminsə yaş və ya səhhət səbəbindən dünyasını dəyişməsi gözləniləndir, ancaq hansısa texniki səhlənkarlıq və ya nöqsan səbəbinə ğörə bu baş verirsə, buna oldu-bitdi deyib baxmaq olmaz.

Новости