Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Deputatdan sərt reaksiya: Bizi xalq seçir

05.03.2020 13:26

YAP-çı deputat Musa Quliyev “Milli Məclisin Daxili Nizamnaməsi haqqında” və “Deputatın etik davranış qaydaları haqqında” qanunlara edilən dəyişikliklərə sərt reaksiya verib. 

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, o, bu dəyişiklikləri deputatlara hörmətsizlik kimi dəyərləndirib:

“Sanki biz seçkili orqanın üzvləri yox, təyinatlı orqanın üzvlərik. Milli Məclis və deputatlarla bağlı qanunlara təklif olunan dəyişikliklər məhz bu anlamı verir. Bununla deputatlara hörmət edilmir. Biz gəldi, gedərik, parlament qalandır.

Bizi xalq seçir. Amma mandatımız alınarkən xalqdan soruşan yoxdur ki, sənin nümayəndəni mandatdan məhrum edirlər?! Bu, mütləq beynəlxalq ekspertizadan keçirməlidir.

Deyilir ki, deputat istefa verməsi haqqında iclasda fikir desə və o stenoqrama düşsə, sonra fikrini dəyişə bilməz. İndi nə olar kimsə əsəbiləşə bilər, ağzından nəsə çıxar, sabah özünə gələndə fikrini dəyişə bilər. Amma bu qəbul edilmir. Bu, düzgün deyil”.(Oxu.Az)

Новости