Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

DGK-nin Akademiyasına təyin olunan yeni rəis KİMDİR? – DOSYE

05.03.2020 13:26

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Qulu Novruzovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, Qulu Novruz oğlu Novruzov bu günə qədər Bakı Dövlət Universitetində (BDU) çalışıb. O, 1970 ci il martın 7-də Naxcıvan MR-nın Nehrəm kəndində anadan olub.  1977-1987-cü illərdə Nehrəm kənd orta məkətəbdə oxuyub. 1988-1990-ci illərdə Moskva Hərbi Dairəsində hərbi xidmətdə olub.  1992-1997-cı illərdə BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. Azərbaycanın müxtəlif ölkələrlə (ABŞ, Yaponiya, Yunanıstan, Bolqarıstan, Latviya və s.) və Avropa İttifaqı ilə Ikitərəfli Hökumətlərarası birgə Əməkdaşlıq Komissiyalarında təhsil üzrə ekspert kimi iştirak edib.

2005-ci ildə Azərbaycan respublikası Preziodentinin İran İslam Respublikasına rəsmi səfərinin hazırlanması ilə bağlı Tehrana ezam olunmuş ekspertlər qrupunun üzvi olub.  2003-cü ildən Avropa Şurasının Təhsil Rəhbər Komitəsində Azərbaycanı təmsil edir.

2005 dekabr-2006 iyun ABŞ, Vaşinqton Universiteti Hüquq Məktəbi JFDP(Ali Məktəb Müəllimlərinin İnkişafı Proqramı çərçivəsində təhsil və tədqiqat) proqramı çərçivəsində Vaşinqton Universitetində bir neçə ixtisas kurslarını bitirib.

Bir neçə kitabın müəllifidir.

Ailəlidir, iki övladı var.

Foto Qalereya:

 

Новости