Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

DİM sədri: “Azərbaycanın bəzi bölgələrindəki məktəblərin yuxarı siniflərində oğlanlar yoxdur”

05.03.2020 13:27

“Regionlarda 9-cu sinifi bitirən qızların imtahanda iştirakı oğlanlardan azdır. Qızlar daha çox 9-cu sinifdən sonra məktəbi tərk edirlər”.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”da deyib.

O bildirib ki, əvvəllər orta məktəbdə təhsilini yarımçıq saxlayanlar arasında imtahanda yaxşı nəticə göstərən qızlar da olurdu, amma son illər 9-cu sinifdən sonra məktəbdən çıxan qızlar əsasən buraxılış imtahanlarında aşağı nəticə qazananlardır: “Burda valideynlərin yanaşması da rol oynayır”.

DİM sədrinin sözlərinə görə, Azərbaycanın elə bölgələri var ki, orda məktəbdə oğlanların sayı azdır: “Elə regionlar var ki, orada məktəblərin yuxarı siniflərində oğlanlar yoxdur”.