Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Dinə görə zina etməyən gənc oğlanlar cinsi problem yaşayır” – 23 yaşlı azərbaycanlı gəncin İNTİM DRAMI

05.03.2020 13:27

Mütəxəssislərin fikrincə oğlanlar gənclik həyatının erkən illərində qadınla yataq təcrübəsi yaşamalıdır. Əks halda həmin şəxslərin həyatında cinsi problemlər yaranır.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, məşhur cərrah-uroloq Vasif İsmayıl dini inancına görə zinadan qaçan gəncin sonda yaşadığı cinsi çatışmazlıqlardan söz açıb.

“İki gün əvvəl yanıma 23 yaşlı bir oğlan gəlmişdi, o elə şeylər danışdı ki, kənardan dinləyənlər bu sözləri fantaziya sanardı. Adam 23 yaşına qədər qadınla yatmayıb. Buna görə də cinsi problem yaşadığını iddia edir. Bədəni istəyir, lakin dininə görə bundan qorxur, günah işlətməkdən çəkinir. Mən bunu başa düşürəm. Yaxşı, günahdan qorxursan, amma elə dində də göstərilir ki, kişi erkən yaşlarında evlənməlidir. İndi sən evlənə bilmirsənsə, maddi baxımdan çətinlik çəkirsənsə, iqtisadi vəziyyətini dini inancınla balanslaşdırmalısan”.

Uroloq qeyd edir ki, bu tip gənclər özləri də düşünmədən cinsi həyatlarına ciddi zərbə vurur:

“Dedim, sən 23 yaşına qədər cinsi əlaqədə olmamısan, belə çıxır ki, 26-27 yaşına qədər də evlənmək üçün imkan yarada bilməyəcəksən. Sonra da evlənib kiminsə qızını bədbəxt eləyəcəksən. Mən o gəncə də bildirdim ki, 27-28 yaşına qədər cinsi əlaqədə olmayan kişilərin həyatında geridönülməz cinsi problemlər yaranır. Oğlanların cinsi həyatlarını düzgün yaşamadığı üçün bu gün bizim qabağımıza qəribə ailələr çıxır. Məsələn, mən 2 ildir evli olub heç cinsi əlaqədə olmayan cütlüklər, evlənib bir uşağı olandan sonra 4 il ərinin üznü görməyən qadınlar tanıyıram. Hansı ki, hər gün ərinin yanında yatırlar. Artıq qızlar bu problemlərini analarına da danışa bilmirlər. Mən nadir hallarda yoldaşlarının əlindən tutub həkimə gələn kişilərlə rastlaşıram. Mənim belə kişilərə böyük hörmətim var”.

Uroloq onu da bildirir ki, cinsi problem də digər xəstəliklər kimi normal müalicə olunan və əksər hallarda qarşısı alına bilən çatışmazlıqdır. Belə hallarda hər bir şəxs həkimə müraciət etməlidir.