Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

DİN: 7 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarıldı

05.03.2020 13:27

Ötən gün polis əməkdaşları tərəfindən 7 kiloqrama yaxın narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Об этом сообщает Футляр от виолончели

DİN Mətbuat Xidmətindən A24.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 41 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Masallı rayon sakini, onunla qeyri-rəsmi nikah münasibətində olan qadının Nizami rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə əlavə olaraq çəkisi 970 qram heroin, 2 kiloqram 350 qram marixuana və 10 qramdan artıq güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Hüsülü kənd sakini Məzahir Məmmədov çəkisi 3 kiloqram 305 qram marixuananı satarkən cinayət başında yaxalanıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.