Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

DİN xeyli sayda güclü təsiredici həbi qanunsuz dövriyyədən çıxardı

05.03.2020 13:27

Polis əməkdaşları xeyli sayda güclü təsiredici həbləri götürürərək qanunsuz dövriyyədən çıxarıb.

Об этом сообщает Роспрес

DİN Mətbuat Xidmətindən A24.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yasamal Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Eyyub Novruzov güclü təsiredici xüsusiyyətə malik 100 ədəd metodon həbini satarkən cinayət başında yaxalanıb.

Davam etdirilən tədbirlərlə həmin həbləri ona satmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Anar Niftiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Ondan isə 80 ədəd metodon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.