Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

DİQQƏT! Yaşamaq üçün ən uyğun mərtəbə neçəncidir? – Gözlədiyinizin əksinə… – EKSPERT RƏYİ

05.03.2020 13:27

Mənzil alarkən insanların ilk olaraq diqqət yetirdiyi məqam binanın, yaxud fərdi mənzillə şəhər mərkəzi arasındakı məsafədir. Azərbaycanda əksər şəxslər şəhər mərkəzinə daha yaxın yerdə yaşamağı üstün sayır. İkinci diqqətolunan məsələ isə mənzilin binanın neçənci mərtəbəsində yerləşməsilə bağlıdır.

Об этом сообщает Футляр от виолончели

A24.Az “Independent News”ün zaman-zaman araşdırdığı bu mövzu ilə bağlı ABŞ mütəxəssislərinin əksər insanları təəccübləndirən qənaətlərini təqdim edir:

Belə ki, indiyədək demək olar, bütün insanlar binanın II, III, IV mərtəbələrini yaşayış üçün ən uğurlu yüksəklik sayırdı.

Lakin mütəxəsisslər belə düşünmür; yaşayış üçün ən uğurlu mərtəbə düzgün havalandırma, zirzəmi və izoliyasiya sistemi ilə təchiz olunmuş birinci mərtəbədir. Buna səbəb kimi onlar istənilən canlının torpağa daha yaxın məsafədə yaşamasını göstərir. Bildiyimiz kimi torpaq təkcə onunla təmasda olan canlılara deyil, az məsafədə əlaqədə olan əşyalara da müsbət təsir göstərir. Canlıların torpaq üzərində yaranması, minillər ərzində torpaq üzərində yaşaması onları genetik olaraq yerlə əlaqəyə səsləyir. İnsan torpaqdan uzaqlaşdıqca onun mənəvi fiziki təminatında bir sıra problemlər müşahidə olunur.

Doğrudur, insan qısamüddətli torpaqdan uzaqlaşdıqda, yerə müəyyən yüksəklikdən baxdıqda qanında adrenalin və digər əhvaldəyişən maddələrin miqdarı artır. Bu da insanda fərqli atmosfer yaradır. Lakin söhbət daimi yaşayışdan gedirsə, bu zaman insan mümkün qədər torpağa yaxın məsafədə qərar tutmalıdır.

Mütəxəssislərin fikrincə, rahat həyat üçün bəlli səviyyədə maqnit sahəsi olmalıdır. Bu sahənin müəyyən hündürlükdə zəifləməsi insan orqanizminin immun, əsəb və ürək-damar sistemlərini əlavə yükə məruz qoyur. Alimlər  7-ci mərtəbədən yuxarıda yaşamağın ümumiyyətlə yolverilməz olduğunu bildirir.

Düzdür, xarici ölkələrdə yüksəkmərtəbəli binalar daha çoxdur. Lakin bu ölkələrdə göydələnlərdən adətən iş mərkəzləri və digər məqsədlər üçün istifadə olunur. Yaşayış üçün nəzərdə tutulmuş evlər isə adətən bir və ikimərtəbəli olur.

S. Amin