Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Diqqət: Bu yollarda təmir var

05.03.2020 13:27

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Dairəvi 1 avtomobil yolunun 0-10 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bundan başqa, bu gün saat 22:00-da Yasamal rayonu, Parlament prospektində və Bakı-Sumqayıt yolu, Xırdalan tunelində üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.