Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

DİQQƏT! Sabah Bakının bu ərazilərində təbii qaz olmayacaq

05.03.2020 13:27

Bakının Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

Об этом сообщает Роспрес

“Azəriqaz” İB-dən A24.Az-a verilən məlumata görə, avqustun 4-də saat 10:00-dan işlər başa çatanadək SOCAR-ın “Qaz İxrac” İdarəsinin balansında olan diametri 700/500 millimetrlik “Qaradağ-Digah-Hövsan” magistral qaz kəmərinin 27-ci kilometrində yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar “Sulutəpə”, “Alatava” və “Təzə Qanlı Göl” qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Bakının Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

Aparılan təmir işlərinin Nəsimi rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür. Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı, xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.