Doğum evində hamilə qadının ayağını yandırdılar
05.03.2020 13:27Türkiyədə doğum edən qadının ayaqları yanıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərindəki doğum evində baş verib.
Doğuş edən 30 yaşlı qadının ayaqları tibb bacılarının məsuliyyətsizliyinə görə yanıb.
Belə ki, tibb bacıları doğuşdan sonra onun ayaqlarına içərisi qaynar su olan torbalar qoyublar. Lakin sonradan yaddan çıxdığına görə torbalar iki saatdan çox orada qalıb. Nəticədə qadının topuğu yanıb və o ayağını yerə basa bilmir.
İzmirdə məktəbdə Riyaziyyat müəllimi işləyən qadın tibb bacılarını məhkəməyə verib, təzminat tələb edir.

