Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dolların satışı bahalaşdı – Azərbaycanda

05.03.2020 13:27

Bu gün səhərdən başlayaraq banklar dolların satışını bahalaşdırıblar.

Об этом сообщает Футляр от виолончели

Bahalaşma az olsa da, bazara təsir etməkdədir, buna baxmayaraq, valyuta satışı tam sərbəst şəkildə həyata keçirilir.

Qeyd edək ki, ötən həftənin əvvəlindən dolları 1.7020-yə satan əksər banklar hazırda valyutanın satışını 1.7030 manata elan ediblər. “Naxçıvan Bank” isə dollar almaq istəyənlərə daha yüksək mübadilə kursu təklif edir – 1.7050.

Dollar satışının sabit qalması “Paşa Holding”in bank qrupuna daxil olan iki bankda müşahidə edilir. Belə ki, “Paşa Bank” və “Kapital Bank” məzənnəni dəyişdirməyərək 1.7020 səviyyəsində saxlayıblar. Eyni zamanda, dövlət bankı olan “Azər-Türk Bank” da dolların satış kursunu artırmayıb. Digər 12 bank isə satışı 1.7030 kursu ilə həyata keçirirlər. Məzənnəni qaldırmış banklardan bir neçəsi ilə söhbətimiz zamanı məlum oldu ki, kursun yüksəlməsi dollara tələbatın artması ilə bağlı olub. Bankların valyuta ilə təminatında isə heç bir problem olmadığından müştərilər istədikləri qədər dollar ala bilirlər.

                                     Dollar Dollar                    Avro    Avro
Alış Satış Alış Satış
AccessBank 1.6990 1.7030 1.9036 1.9618
Afbank 1.7000 1.7025 1.9285 1.9570
AGBank 1.6950 1.7030 1.9173 1.9629
Amrahbank 1.7010 1.7030 1.9400 1.9550
AtaBank 1.6980 1.7025 1.9270 1.9600
Azərbaycan Beynəlxalq Bankı 1.6970 1.7030 1.9227 1.9511
Azərbaycan Sənaye Bankı 1.6990 1.7020 1.9250 1.9650
Azər-Türk Bank 1.6970 1.7020
Bank Avrasiya 1.6990 1.7025 1.9250 1.9600
Bank of Baku 1.7000 1.7030 1.9300 1.9800
Bank BTB 1.6980 1.7030 1.9340 1.9580
Bank Respublika 1.6970 1.7030 1.9330 1.9520
Premium Bank 1.7000 1.7030 1.9340 1.9520
Bank VTB 1.6990 1.7025 1.9280 1.9560
Expressbank 1.6995 1.7030 1.9390 1.9520
GünayBank 1.7012 1.7030 1.9330 1.9570
Xalq Bank 1.6990 1.7020 1.9130 1.9720
Kapital Bank 1.6970 1.7020 1.8730 2.0025
Melli İran Bankı Bakı filialı 1.6980 1.7025 1.9200 1.9500
Muğanbank 1.6970 1.7025 1.9190 1.9660
Naxçıvanbank 1.6995 1.7050 1.9133 1.9560
NBCBank 1.6970 1.7030 1.9300 1.9600
Nikoyl Bank 1.7000 1.7030 1.9350 1.9550
Pakistan Milli Bankının Bakı Filialı 1.6950 1.7030
Paşa Bank 1.6975 1.7020 1.9270 1.9670
RabitəBank 1.6990 1.7030 1.9220 1.9640
Turanbank 1.7005 1.7025 1.9372 1.9512
Unibank 1.6990 1.7030 1.9288 1.9560
Yapı Kredi Bank Azərbaycan 1.6975 1.7025 1.9036 1.9813
Ziraat Bank Azərbaycan 1.6980 1.7030 1.9230 1.9620
Azərpoçt 1.6990 1.7025 1.9100 1.9470

Məlumdur ki, Azərbaycanda bir neçə bank gəlirlərini məhz mübadilə kursu üzərində qurub. Ancaq bir qrup banklar da var ki, onlar mübadilə əməliyyatlarından qazanca çox böyük üstünlük vermirlər. Lakin bu banklar da dolların satış kursunu artırıblar. Bunun səbəbinə gəlincə, maraqlı da olsa, qeyd edək ki, banklar əlindəki dolları satmaq istəmirlər. Niyə?

İlin sonuna yaxın idxal əməliyyatları ilə əlaqədar olaraq bankların dollar satmaqda maraqlı olmadığını nəzərə alsaq, satış kursunun qalxmasında həm də bu amilin təsirini görə bilərik. Başqa sözlə, banklar əlindəki valyutanı müştərilərinin il yekununda idxal əməliyyatları üçün ödəmələrə və turizm məqsədləri üçün ehtiyat saxlamaq üçün xərcləmək istəmirlər.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda dollara tələbatın artması ancaq psixoloji faktorlarla bağlı olur. Bu ilin yazında Rusiya və Türkiyədə milli valyutaların bahalaşması nəticəsində mart-aprel aylarında dollar almaq istəyənlərin sayı kəskin artsa da, ölkənin monitar siyasətini həyata keçirən Mərkəzi Bank bu süni amili cilovlamağa və dollara tələbatın tam ödənilməsinə imkan yaratdı.

İqtisadçı ekspertlərin bir qismi isə ölkənin tədiyyə balansındakı profisiti nəzərə alaraq, dolların bahalaşmayacağını proqnoz edirlər. //Oxu.Az