Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dövlət sərhədimizi pozan xarici vətəndaşlar saxlanıldı

05.03.2020 13:27

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi məqsədilə qeyri-leqal miqrasiya qarşı mühafizə tədbirləri davam etdirilir.

Об этом сообщает Футляр от виолончели

DSX-nın Mətbuat mərkəzindən A24.az-a verilən məlumata görə, 2018-ci il 31 oktyabr tarixində saat 19:15 radələrində Biləsuvar rayo­nunun Biləsuvar kəndinin ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı – 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sər­həd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar ra­yonu Əskərabad kənd sakini 1966-cı il təvəllüdlü Hüseynov Rasət Qəh­rəman oğlu DSX əməkdaşları tərəfindən saxlanılıblar.

R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, hadisədən bir ne­çə gün öncə Banqladeş Xalq Respublikası vətəndaşlarını yaxın qohumu­nun işlədiyi Biləsuvar rayonu ərazisindəki otellərin birində yerləşdirərək müəy­­yən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran İs­lam Respublikası ərazisinə keçirməyə cəhd etməsini qeyd edib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto Qalereya: