Dövlət Başçısı eyni gündə 3 fərqli yerin AÇILIŞ MƏRASİMİNDƏ
05.03.2020 13:28Azərbaycan Prezidenti İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açılışında iştirak edib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, ölkə başçısı eyni zamanda İsmayıllı rayonunun Keyvəndi kəndinin ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin açılışında iştirak edib.
Bundan başqa eyni gündə Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında iştirak edib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, müəssisəsinin binasının 2016-cı ildə başlayan tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Filialda 150 toxucunun və 12 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.
Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.

