Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dövlət xəstəxanaları pullu xidmətə keçir – VİDEO

05.03.2020 13:28

Azərbaycanda bir sıra dövlət xəstəxanaları pullu əsaslarla xidmət göstərəcək.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, Nazirlər Kabineti tərəfindən pullu xidmətlərin siyahısı təsdiqlənəcək və onlara görə dəqiq qiymət müəyyənləşdiriləcək.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaxın gələcəkdə rayon mərkəzi xəstəxanaları, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası, Respublika Talassemiya Mərkəzi və bir neçə poliklinikaya publik hüquqi şəxs statusu veriləcək.

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, bu yolla dövlət büdcəsinin xərclərini azaltmaqla yanaşı, rəqabət hesabına xəstəxanalarda göstərilən xidmətin də keyfiyyətini artırmaq mümkün olacaq.

Amma Nazirlər Kabineti tərəfindən xidmət haqları müəyyənləşdirilərkən bəzi şəxslərə güzəştlərin edilməsi də nəzərdə tutulacaq.

Belə olduqda isə xəstəxana rəhbərliyi rəqabətə tab gətirmək üçün müştərilərə daha yaxşı xidmət göstərmək istəyəcək və daha peşəkar həkimlərlə işləmək üçün tibb işçilərinin əmək haqlarına artım edəcək.

Hansı tarixdən etibarən xəstəxanalara publik hüquqi şəxs statusunun veriləcəyi isə dəqiq bilinmir.