Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

DTX Astarada əməliyyat keçirdi

05.03.2020 13:28

Polis və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Astarada birgə əməliyyat keçirib.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin və DTX-nin rayon şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus “Mercedes” markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə T.Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə 1 ədəd pnevmatik tapança, 1 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng, 7 ədəd patron və 1 ov bıçağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.