Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Ermənistanda abidələri dağıdanlara hörmət göstərilir”

05.03.2020 13:28

“Bu gün bütün dünya Yaxın Şərqdə mədəni abidələri məqsədyönlü şəkildə məhv etdiyinə görə İŞİD-i qınayır, Ermənistanda isə qədim abidələri məhv edənlərə hörmət göstərilir, abidələr ucaldılır”.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnsan Hüquqları İnstitutu tərəfindən təşkil edilmiş “Uydurma erməni soyqırımı: saxtalaşdırmalar və reallıqlar” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O xatırladıb ki, əvvəllər İrəvanda qədim şəhər-İrəvan qalası var idi, bu, Bakıdakı İçərişəhər, Tbilisidəki Nari-Kala, Moskvadakı Kremlə bənzəyən tarixi abidə idi: “Rusiya imperatoru II Nikolay İrəvan qalasında Sərdar sarayının planlı şəkildə dağıdıldığını öyrənərək sarayı bərpa etmək əmri vermişdi. Lakin sonra baş verən siyasi hadisələr, bolşeviklərin hakimiyyətə gəlişi bu planların həyata keçirilməsinə mane oldu. Sonralar ermənilər sarayı İrəvan qalası ilə birlikdə yerlə-yeksan etdilər”,- deyə F.Axundov  ermənilərin mənfur əməllərindən bəhs edib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Sovet dövründə yol verdiyi belə hərəkətlər bu gün Yaxın Şərqdə İŞİD ekstremistlərinin işğal etdikləri şəhərlərdə çoxəsrlik tarixi və mədəni abidələri məqsədyönlü şəkildə məhv etməsinə dair dünya birliyini şoka salan videoyazıları xatırladır.