Dünya ölkələrində Yeni ilin MARAQLI ənənələri
05.03.2020 13:28Qapılara boşqab atmaq, küçədə şəkil yandırmaq, 12 cür yemək hazırlamaq və s. Bunlar dünyanın dörd bir yanındakı insanların qəribə Yeni il adətlərindən bir neçəsidir.
Об этом сообщает Роспрес
2018-ci il bitir və 2019-cu ilin gəlməyinə sayılı günlər qalarkəm A24.Az bəzi ölkələrdə olan maraqlı adət və inanclardan bir neçəsini sizə təqdim edir.
1. Finlandiya
Bu ölkədə kiçik bir dəmir parçası əridildikdən sonra suya atılır, finlər düşünür ki, bu dəmir parçası hansı formadadısa, növbəti il də elə keçəcək.
2. Filippin
Filippinlilər yeni il axşamı süfrəyə dairəvi kəsilmiş meyvələrlə bəzədilmiş boşqab qoyurlar. Onlar bununla gələn ilin xoşbəxtlik gətirəcəyinə inanır.
3. Estoniya
Yeni il gecəsi süfrəyə düzdükləri 12 çeşit yeməkdən yeməyə çalışan estonlar bunun gələn ildə onlara güc verecəyinə inanır.
4.Tayland
Bu ölkədə insanlar yeni ilə təmizlənərək girmək üçün bir-birinin üstünə su tökürlər.
5. Argentina
Burda isə insanlar gecə saat 12-ni göstərəndə, qırmızı lobya yeməyin onlara uzun ömür gətirəcəyinə inanırlar
6. Ekvador
Ekvador vətəndaşları isə küçələrdə şanssızlığı, düşməni təmsil edən insan şəkillərini yandırırlar.
7. Danimarka
Danimarkalılar isə qohumlarının, dostlarının qapısında boşqablar sındırırlar ki, gələn il həmin insanların dostu çox olsun.
8. İspaniya
İspanlar isə yeni ilin gəldiyini bildirən zəng çalındıqda, zəngin hər səsinə bir üzüm dənəsi yeyirlər.
9. Belarusiya
Belarusiyada subay qadınlar oturur və hamısı qarşısına qarğıdalı dənələri yığır, ortaya isə bir xoruz qoyurlar.
Əgər xoruz hansının qarşısındakı dəni daha tez yeyərsə, həmin il onun toyu olacağına inanırlar.
10. Almaniya
Almanlar badam əzməsindən hazırlanmış kiçik donuzlar yeyir və hədiyyə edirlər. Onlar bunun şans və xoşbəxtlik gətirəcəyinə inanırlar.
11. Yunanıstan
Yeni il günü evə girən yunanlar qapının ağzında nar qırırlar. Onlar bunun bərəkət və xoşbəxtlik gətirdiyinə inanırlar. Bundan əlavə, onlar qapının üzərinə HZ.İsanın yenidən doğulduğunu göstərən soğan asırlar.
12. Rumıniya
Bu ölkənin sakinləri isə ayı libası geyinərək küçədə rəqs edirlər. Onlar bununla şeytanı qovduqlarına inanırlar.
13. Yaponiya
Yaponiyada buddist məbədlərində yeni ilə xoş gəldin demək üçün 108 dəfə zəng çalınır.
14. Çili
Burda isə onlar həmin günü yaxın qohum və əzizlərinin məzarlarının yanında yatırlar.
15. Boliviya
Boliviya sakinləri isə həmin günü hazırladıqları tortların içinə şokalddan qəpik pullar qoyurlar. Onlar bu şokolad pulların kimin qarşısısına çıxsa, ona həmin il şans gətircəyinə inanırlar.

