Dünyaca məşhur robot Sofia Bakıya gəlir – VİDEO
05.03.2020 13:2827-28 oktyabr tarixlərində “Keepface DMCC və FA International Trade Events” şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcək.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılıb. Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var. O həmçinin Səudiyyə Ərəbistanı vətəndaşı elan edilib.
Tədbirdə həmçinin “Google”, “Microsoft”, “Forbes” və “İnstagram” kimi dünyaca məşhur şirkətlərin top “influencer” menecerləri çıxış edəcək.
Növbəti ay ərzində tədbirə əsas spiker olaraq qatılacaq tanınmış simaların adları açıqlanacaq. Təşkilatçı şirkət olan “FA International Trade Events”dən əldə edilən məlumata əsasən, tədbirə biletlərin satışı yaxın iki həftə ərzində təqdim olunacaq.
“Global İnfluencer Day” ilə bağlı ən yeni xəbərləri http://influencerday.org/ünvanından izləyə bilərsiniz.

